Göygöldə tanışını bıçaqlamaqda təqsirləndirilən Tofiq Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Abdulla Məmmədovun sədrliyi ilə araşdırlacaq. Məhkəmənin hazırlıq iclası iyulun 27-də keçiriləcək.
Qeyd edək ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Tofiq Məmmədov tanışı 1968-ci il təvəllüdlü Səftər Məmmədovu döş qəfəsi nahiyyəsindən bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən 55 yaşlı kişi dərhal əməliyyat edilib. T.Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
