Məzmuna keç

Türkiyə şirkətinin Azərbaycandakı filialına cərimə yazıldı

"MGM Group İnşaat Elektrik Malzemeleri Dış Ticaret Limited Şirketi" şirkətinin Azərbaycan Respublikasındakı filialına cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib. İşə hakim Elxan Əlizadənin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, şirkət iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə