Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, universitet barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, Akademiya üç yüz manat məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
