Məzmuna keç

Salyanda 4 nəfərin ölümündə ittiham olunan sürücü hakim qarşısına çıxarılır

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əli Dadaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nizami Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 26-cı kilometrliyində qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Dadaşov Əli Səfail oğlu idarə etdiyi “Kamaz 65115” markalı 42-BM-084 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ələt qəsəbəsi istiqamətində hərəkətdə olan zaman qarşıda yolun sağ kənarında dayanmış 1976-cı il təvəllüdlü Hüseynov Elxan Ramil oğlunun idarə etdiyi “Hyundai Accent” markalı 99-TN-320 dövlət qeydiyyat nişanlı minik avtomobilini arxadan vurub. Hadisə nəticəsində “Hyundai Accent” markalı avtomobilin sərnişinləri 1972-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı, 1960-cı il təvəllüdlü Muradova Mirsəkinə Mirqiyam qızı, 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızı və 2020-ci il təvəllüdlü Bağırov Bayxan Bayram oğlu aldıqları xəsarətlərdən ölüblər. Digər sərnişinlər 1971-ci il təvəllüdlü Ağayeva Xannənə Qabil qızı, sürücülər Hüseynov Elxan Ramil oğlu və Dadaşov Əli Səfail oğlu xəsarət alıblar.

Şəbnəm Mehdizadə