Məzmuna keç

Şirkət idarəni məhkəməyə verdi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Samur-Abşeron Kanalının İstismarı İdarəsi məhkəməyə verilib.

E-huquq.az xəbər verir ki, "Amet Services" MMC Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək idarə barəsində podrat müqaviləsi ilə bağlı tələb irəli sürüb.

İddia hakim Həlimə Aliyevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə