Məzmuna keç

Sabirabadda iki azyaşlını avtomobillə vurmaqda təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Sabirabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Paşa Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş yekunlaşdırılaraq Sabirabad Rayon Məhkəməsinə göndərilib.

Hakim Füzuli Pənahovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə rayonun Qəzli kəndində baş verib. Paşa Quliyev idarə etdiyi VAZ-2106” markalı avtomobillə yolu keçən piyada 11 yaşlı Özal Xəlilov və 10 yaşlı İmran Muradovu vurub. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə