"Naftalan" Sanatoriya-Kurort Birliyinə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, birlik barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Naftalan Şəhər Məhkəməsində hakim Ayaz Səlimovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, İXM-nin 215.4-cü madəsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Şəbnəm Mehdizadə
