Məzmuna keç

Ögey atasını qətlə yetirməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılır

Bakıda ögey atasını qətlə yetirməkdə təqsirləndirilən Elgün Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Səbinə Məmmədzadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü Elgün Abbasov Binəqədi rayonu Rəsulzadə qəsəbəsində aralarında yaranmış mübahisə zamanı bıçaqla ögey atası, 1978-ci il təvəllüdlü Rahib Mehdiyevə xəsarət yetirərək onu qəsdən öldürməkdə təqsirləndirilir. E.Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə