Məzmuna keç

Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Xətai Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Hakim Günel Səmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Xətai Əlizadə 2018-2021-ci illər ərzində Bakı şəhər sakini olan 3 nəfərin 9.300, 14.800 və 8.400 manat pullarını dələduzluq yolu ilə talayıb. Onun Bakı şəhər sakini olan daha bir nəfəri aldadaraq 14.000 manatını talaması da müəyyən olunub. X.Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə