Məzmuna keç

Bibisi oğlunu öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda bibisi oğluna bıçaqlamaqda təqsirləndirilən Rahib Niyyətovun cinayət işi üzrə ibtidai istimtaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Fərid Namazovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. 1986-cı il təvəllüdlü Rahib Niyyətov onunla birgə yaşayan, 1993-cü il təvəllüdlü Orxan Hümbətova aralarında yaranan mübahisə zəminində bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. R.Niyyətova qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi üzrə ittiham irəli sürüb.

Şəbnəm Mehdizadə