Məzmuna keç

Piyadanı avtomobillə vurmaqda təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Qaxda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İbadət Nağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilib.

Hakim Malik Qarayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kənd ərazisindən keçən hissəsində baş verib. İbadət Nağıyev idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1984-cü il təvəllüdlü Bakı şəhər Xətai rayon sakini Elnur Məhərrəm oğlu Məhyəddinovu vurub. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə