Daşkəsəndə həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Röyal Allahverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Mikayıl Məmmədzadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Daşkəsənin Bayan kəndində qeydə alınıb. Kənddə yerləşən evlərin birində 1997-ci il təvəllüdlü Aytən Quliyeva bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Röyal Allahverdiyev saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
