Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarına “ulduz” nişanı qoyulacaq


  • 15 Noyabr 2023 15:31

Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi “ulduz” nişanlarının təyin edilməsi yolu ilə həyata keçiriləcək.

E-huquq.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin Plenumu qərar qəbul edib.

Həmin qərara görə:

★ (bir ulduz) – məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan hüquqi məsələnin həll edildiyi birinci instansiya məhkəməsinin aktına təyin edilən fərqləndirici nişandır.

★★ (iki ulduz) – məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan hüquqi məsələnin həll edildiyi apellyasiya instansiyası məhkəməsinin aktına təyin edilən fərqləndirici nişandır;

★★★ (üç ulduz) – Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktına təyin edilən fərqləndirici nişandır;

★ - 4 (bir ulduz tire dörd) – Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun, məhkəmə kollegiyalarının, habelə məhkəmə tərkiblərinin aktlarındakı hüququn tətbiqi üzrə təcrübənin vahidliyini təmin edən hüquqi mövqelərdən fərqli yanaşmanın qanunla müəyyən edilmiş qaydada tətbiq edildiyi birinci instansiya məhkəməsinin aktına təyin edilən fərqləndirici nişandır;

★★ - 4 (iki ulduz tire dörd) – Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun, məhkəmə kollegiyalarının, habelə məhkəmə tərkiblərinin aktlarındakı hüququn tətbiqi üzrə təcrübənin vahidliyini təmin edən hüquqi mövqelərdən fərqli yanaşmanın qanunla müəyyən edilmiş qaydada tətbiq edildiyi apellyasiya instansiyası məhkəməsinin aktına təyin edilən fərqləndirici nişandır;

★★★★ (dörd ulduz) – Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun, məhkəmə kollegiyalarının, habelə məhkəmə tərkiblərinin aktlarındakı hüququn tətbiqi üzrə təcrübənin vahidliyini təmin edən hüquqi mövqelərdən fərqli yanaşmanın qanunla müəyyən edilmiş qaydada tətbiq edildiyi Ali Məhkəmənin aktına təyin edilən fərqləndirici nişandır.

Oxşar xəbərlər