Məzmuna keç

Məhkəmə həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən şəxslə bağlı qərar verəcək

Bakıda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Pərvin Abdurəhimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Rasim Sadıxovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. P.Abdurəhimov onunla eyni ünvanda kirayədə yaşayan arvadı Ramilə Abdurəhimovaya ailə münaqişəsi zəminində bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. P.Abdurəhimova qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə