Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Ziyafəddin Fətullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması Biləsuvar Rayon Məhkəməsinə göndərilib.
Hakim Nüsrət Mirzəyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə rayonun Çaylı kəndində baş verib. Z.Fətullayev idarə etdiyi "Ford" markalı yük avtomobili ilə hərəkətdə olarkən həmkəndlisi S.Sultanovanı vurub. Qadın hadisə yerində ölüb.Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
