Məzmuna keç

Tərtərdə həmkəndlisini bıçaqlamaqda ittiham olunan şəxsin məhkəməsi başlayır

Tərtərdə həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Turan Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Elmin Rüstəmovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 27-nə təyin olunub.

Qeyd edək ki, hadisə rayonun Xoruzlu kəndində qeydə alınıb. 2000-ci il təvəllüdlü Turan Hüseynov münaqişə zəminində həmkəndlisi 1994-cü il təvəllüdlü Orxan Nəsirlini bıçaqlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə