"Libraff" kitab mağazaları şəbəkəsinə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şəbəkə barədə İnzibati Xətalar Məcəlləsnin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
İddia təsdiqini taparsa, "Libraff" min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
İşə hakim Günel Səmədovanıns sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
