Məzmuna keç

“Asthetik Lab” gözəllik və estetik tibb mərkəzi auditdən yayınmaqda günahlandırılır

"Asthetik Lab VIP Style" gözəllik və estetik tibb mərkəzinə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, mərkəz barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma) maddəsi ilə prokotol tərtib olunub.

Proktokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. İş hakim Günel Səmədovanın sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunsa, "Asthetik Lab VIP Style" min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə