Məzmuna keç

Türkiyə şirkətinin Azərbaycandakı nümayəndəliyi cərimə olundu

"Demirkol Lojistik Dış Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qubanovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, şirkət beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə