- 9 Sentyabr 17:49
"Araz Supermarket" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzbati protokol tərtib olunub.
Protokola Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Araz Supermarket" min beş yüz manat məbləğində cərimə ediləcək.
Şəbnəm Mehdizadə