- 9 Sentyabr 17:49
Bu gün saxlanılan "Abzas Media" saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
E-huquq.az xəbər verir ki, Xətai rayon məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qərar qəbul olunub.
Qərara əsasən, Sevinc Abbasova barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
***
19.53
Noyabrın 20-də saxlanılan "Abzas Media" saytının direktoru Ülvi Həsənli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
E-huquq.az xəbər verir ki, Xətai rayon məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib.
Ülvi Həsənli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, "Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.