Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Zaur Fərəcovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Zamiq Bağırovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. 41 yaşlı Zaur Fərəcov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yolu keçən 61 yaşlı İslah Qafarovu vurub. Xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci madəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
