Məzmuna keç

Bakıda adam öldürməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Bakıda adam öldürməkdə təqsirləndirilən Ülvi Muradzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü Ülvi Muradzadə şəxsi münasibətlər zəmnində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Potapov Dimitri İqoyeviçi bıçaqla xəsarətlər yetirərək öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə