Məzmuna keç

“İdeal Kredit” cərimə oluna bilər

Bank Olmayan Kredit Təşkilatı “İdeal Kredit” MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Məhkəmənin baxış iclası dekabrın 5-də keçiriləcək.

Protokol təsdiq olunarsa, "İdeal Kredit" iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə