Məzmuna keç

Femida könüllüləri üçün “Kommersiya mübahisələrinə baxılmasının xüsusiyyətləri” mövzusunda seminar keçirildi –

Femida könüllülərinin müxtəlif istiqamətli məhkəmə mübahisələrinə dair proses və prinsiplərlə tanış edilməsi, onların hüquqi biliklərinin artırılması məqsədilə mütəmadi olaraq tədbirlər təşkil edilir.

E-huquq.az xəbər verir ki, bu cür silsilə tədbirlərin davamı olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva tərəfindən "Kommersiya mübahisələrinə baxılmasının xüsusiyyətləri" mövzusunda seminar keçirilib.

Seminarda könüllülərə kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadlar, mübahisə və sübutların növləri haqqında məlumat verilib.

Könüllülər müzakirələrdə fəak iştirak ediblər və onları maraqlandıran suallar cavablandırılıb.