Məzmuna keç

“Bashak Supply” məhkəməyə verildi

Azərbaycan Milli Elmlər Akademiyası Təcrübə-Sənaye zavodu "Bashak Supply" MMC-ni məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, zavod Bakı Kommersiya Məhkəməsinə müraciət edərək "Bashak Supply"a qarşı alqı-satqı müqaviləsi üzrə tələb irəli sürüb.

İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.

Şəbnəm Mehdizadə