Məzmuna keç

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Daşkəsəndə qonşusunu öldürməkdə təqsirləndirilən Elnur Quluyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Roman Ələkbərlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının dekabrın 7-də keçiriləcək.

Qeyd edək ki, hadisə Daşkəsən rayonunun Qabaqtəpə kəndində baş verib. 2005-ci il təvəllüdlü Quluyev Elnur Şahid oğlu şəxsi münasibətlər zəminində qonşusu 1969-cu il təvəllüdlü Əmrahov Məmməd Malik oğlunu öldürüb. O, könüllü olaraq polisə gələrək təslim olub. E.Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə