Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Nurməmməd Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Əli Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonunda yerləşən çay evlərinin birində baş verib. Belə ki, Nurməmməd Ağayev Elnur Süleymanovu bıçaqlayıb. Qarın nahiyəsindən xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. N.Ağayevə qarşı cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
