Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rəfail Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan cinayət işi materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
İş hakim Hafiz Kamranovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Rafail Ələkbərov idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən 1945-ci il təvəllüdlü Lidiya Penkovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
