- 17 Aprel 12:54
Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə "Caspian İnternational Hospital" MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, hospital barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəllənin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Prokokol təsdiq olunsa, "Caspian İnternational Hospital" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.
İşə hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Şəbnəm Mehdizadə