Məzmuna keç

“ATEF Şirkətlər Qrupu” cərimələnə bilər

"ATEF Şirkətlər Qrupu" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Suraxanı Rayon Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, “ATEF Şirkətlər Qrupu” altı yüz manat məbləğində cərimə oluna bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə