Məzmuna keç

Məhkəmə vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verəcək

Bakıda vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Mirzə Hüseynov və Fərid Belayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əhməd Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Mirzə Hüseynov və Fərid Belayev paytaxt sakini Turan Məmmədova bıçaqla xəsarət yetirərək onun mobil telefonunu quldurluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə