Piyadanın ölümündə təqsirləndirilən sürücüyə hökm oxundu


  • 28 Noyabr 2023 12:56

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Aləm Əsədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, A.Əsədov ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü A.Əsədov 6 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə “Xalqlar Dostluğu” metrostansiyası istiqamətindən “Dakar dairəsi” istiqamətində hərəkətdə olarkən Q.Qarayev prospekti 81 ünvanında piyada keçidi ilə yolu keçən piyada Qasım Zeynalovu vurub. Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər