Xalasının ərini öldürən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib


  • 29 Noyabr 2023 13:50

Saatlıda xalasının ərini öldürməkdə təqsirləndirilən Kənan Nərimanzayə hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, K.Nərimanzadə 9 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Saatlı şəhəri, M.F.Axundov küçəsində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Kənan Nərimanzadə aralarında yaranmış mübahisə zamanı xalasının əri,1978-ci il təvəllüdlü Elşad İsmayılova çoxsaylı bıçaq xəsarətləri yetirib. E.İsmayılov hadisə yerində keçinib.

K.Nərimanzadəyə qarşı 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər