Ali Məhkəmədə Misir Dövlət Şurasının nümayəndə heyəti ilə görüş keçirildi - FOTO


  • 29 Noyabr 2023 17:59

Azərbaycan Respublikasının Ali Məhkəməsində Misir Ərəb Respublikasının Dövlət Şurasının (Ali İnzibati Məhkəməsi) nümayəndə heyəti ilə görüş keçirilib.

E-huquq.az xəbər verir ki, görüşdə qonaqlara ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər və Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verilib. Azərbaycan və Misirin məhkəmə-hüquq sahəsində münasibətlərinin daha da genişlənməsi üçün imkanların olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.

Oxşar xəbərlər