Məzmuna keç

Məhkəmə evdən oğurluq edən şəxslə bağlı qərar verdi

Lənkəranda evdən oğurluq etməkdə təqsirləndirilən Məmmədli Kərimov 2 il müddətinə azadlıqdan məhrum edilib.

E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Lənkəran Rayon Məhkəməsində hakim Rəşad Məmmədovu sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, M.Kərimov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Lənkəran rayonun Digah kəndində baş verib. Belə ki, M.Kərimov kənd ərazisindəki evlərdən birinə daxil olaraq evin yataq otağının asılqanda asılmış qiyməti 50 manat olan boz rəngli şalvarı, qiyməti 70 manat olan qara rəngli şalvarı, həmin şalvarın cibində olan 380 manat pulu gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumlikdə 500 manat ziyan vurmaqla oğurluq edib. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək həmin pulu maddi ehtiyacları üçün xərclədiyini deyib.

Şəbnəm Mehdizadə