Məzmuna keç

Məhkəmə Ağcabədidə qohumunu bıçaqlamaqda təqsirləndirilən şəxslə bağlı qərar verəcək

Ağcabədidə qohumunu bıçaqlamaqda təqsirləndirilən Tağı Tağızadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nahid Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Tağı Tağızadə şəxsi münasibətlər zəminində qohumu 1988-ci il təvəllüdlü Mamedov Amil Tofiq oğlunu yaşadığı evin qarşısında bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə