Qiymətləndirmə və hərracların keçirilməsi sahəsində fəaliyyəti tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi təklif olunur.
E-huquq.az-ın məlumatına görə, bu barədə təklif “Femida Dialoq Platforması” çərçivəsində Ali Məhkəmədə Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri ilə keçirilən görüşdə səsləndirilib.
Qeyd edək ki, ötən gün keçirilən görüşdə bankların tərəf olduqları kredit və digər mübahisələr üzrə mülki və kommersiya işlərinə baxılması zamanı üzə çıxan problemlər və onların aradan qaldırılması yolları müzakirə edililib.
