"Luxoil Company" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 354.0.3-cü (daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılması) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Qafil Baxşıyevin sədrliyi ilə baxılacaq.
Məhkəmənin baxış iclası dekabrın 15-də keçiriləcək.
Protokol təsdiq olunarsa, şirkət üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
