Bakıda bankdan oğurluq etməkdə təqsirləndirilən Aleksey Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Mahirə Kərimovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1976-cı il təvəllüdlü Babayev Aleksey Ramizoviç banklardan birinin müştərilərinin depozit otağından 316 min manat və 32 min ABŞ dolları məbləğində nağd pulu oğurlamaqda şübhəli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
