Dekabrın 4-də Sumqayıt Şəhər Məhkəməsində hakimlərin iştirakı ilə iclas keçirilib.
E-huquq.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 noyabr 2023-cü il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli məhkəmə aktlarının indeksləşdirilməsi" qaydalarının tətbiqi müzakirə olunub.
