Abşeronda adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Abşeronda adam öldürməkdə təqsirləndirilən Stanislav Yakuşevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Rəşad Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Masazır kəndi ərazisində qeydə alınıb. 1984-cü il təvəllüdlü Yakuşev Stanislavın aralarında yaranmış mübahisə zamanı 1979-cu il təvvəllüdlü Ruslan Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə

