Məzmuna keç

Bakıda tanışını öldürməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılır

Bakıda tanışını öldürməkdə təqsirləndirilən İmanverdi Quluzadə və Şahin Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsindəki evlərdən birində baş verib. Belə ki, 1986-cı il təvəllüdlü Şahin Əhmədov, 1997-ci il təvəllüdlü İmanverdi Quluzadə və 1998-ci il təvəllüdlü Bəkir Qənbərov arasında mübahisə yaranıb. Mübahisə zamanı bıçaq xəsarətləri alan Bəkir Qənbərov ölüb. Ş.Əhmədov və İ.Quluzadəyə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə