Məzmuna keç

Həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Bakıda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Elşən Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Novruz Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Sabunçu rayon, Maştağa qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü Elşən Bağırov münaqişə zəminində həyat yoldaşı,1994-cü il təvəllüdlü Əfsanə Bağırovanı bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə