"Yeni Qalaaltı Hotel Company" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokola Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Protokol təsdiq olunarsa, "Yeni Qalaaltı Hotel Company" min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
