Məzmuna keç

Bərdədə həmyerlisini bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bərdədə həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Mürvət Qarayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə rayonun Gərənə kəndində qeydə alınıb. Belə ki, kənd sakini 33 yaşlı Mürvət Qarayev həmyerlisi 35 yaşlı Ceyhun İbişovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. M.Qarayevə qarşı Cinayət Məcəlləsini 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə