Məzmuna keç

Piyadanın ölümündə təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elməddin Seyidovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Hakim Nigar Qədirlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Elməddin Seyidov etibarnamə ilə idarə etdiyi “Qaz A31R32-80” markalı yük maşını ilə hərəkətdə olarkən piyada, 1973-cü il təvəllüdlü Turan Mənafovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Ona qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə