Anasını öldürüb, qardaşına xəsarət yetirməkdə ittiham olunan 16 yaşlı oğlanın məhkəməsi başlayır


  • 7 Dekabr 2023 17:02

Sumqayıtda anasını öldürüb, qardaşına xəsarət yetirməkdə təqsirləndirilən Əlfüqar Zülfüqarlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nahid Mirzəyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2007-ci il təvəllüdlü Əlfüqar Zülfüqarlı Sumqayıt şəhəri Corat qəsəbəsində anası, 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanı kəsici alətlə qətlə yetirməkdə, 2012-ci il təvəllüdlü qardaşına isə xəsarət yetirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər