- 9 Sentyabr 17:49
Mənimsəmədə təqsirləndirilən Emin Şahkərimov barəsində olan hökmdən kassasiya şikayəti verib.
E-huquq.az-ın məlumatına görə, şikayət artıq Ali Məhkəməyə təqdim edilib və hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Emin Şahkərimov "A+CO" MMC-nin satış təmsilçisi vəzifəsində işləyib. O, işlədiyi müddətdə şirkətin 100 335 manat pulunu mənimsəyib. E.Şahkərimov MMC rəhbərliyinin şikayəti əsasında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə itiham irəli sürülüb. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Daha sonra müdafiə tərəfi apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsinin qərarı ilə onun cəzası 7 ilə endirilib.
Şəbnəm Mehdizadə