Narkotiklə tutulan şəxslər hakim qarşısına çıxarılır


  • 8 Dekabr 2023 16:43

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vüqar Məmmədxanov və Ayaz Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Elçin Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Vüqar Məmmədxanov və Ayaz Rəhimov Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar. Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan heroin, marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər